AZ

Trampın aforizmləri- Motivasiya üçün...

Bütün dünyanın nəzərlərinin ABŞ-ın yeni Prezidenti Donald Trampa dikildiyi bu günlərdə, gəlin, onun aforizmlərindən bir neçəsini yada salaq.
Bilirsiniz ki, Tramp məşhur iş adamı kimi müxtəlif kitabların müəllifidir. Bu aforizmlərin müəyyən qismi onun kitablarından, ayrı-ayrı motivasiya çıxışlarından seçilib.
Şair də yaxşı deyib:
"Baxıram Trampın kitablarına,
Dəstədən geridə qalmamaq üçün"
1. Bəzən ən yaxşı sərmayələriniz etmədiyiniz sərmayələrdir.
2. Qalibi məğlubdan fərqləndirən əsas cəhət insanın taleyin hər gərdişinə necə reaksiya verməsidir.
3. Düşünməyə davam edirsinizsə, böyük düşünün.
4. Bir az fərqli, əsəbi, yaxud cəsarətlisinizsə, ya da mübahisəli işlərlə məşğulsunuzsa, media mütləq haqqınızda yazacaq.
5. Azacıq sızıntı bir gəmini batıra bilər.
6. Cəsarət qorxunun yoxluğu deyil, qorxuya rəğmən təsirli bir şəkildə hərəkət etmək bacarığıdır.
7. Unutma, qeyri-real hədəflər yoxdur, qeyri-real müddətlər var.
8. Tənqid olunmayan yeganə insanın risk götürməyən insan olduğunu fərq edəndə tənqidi qəbul etmək daha asan gəlir.
9. Mən sadəcə ən yaxşılarla çalışıram.
10. Əsl liderlər komandanın uğuru üçün məsuliyyəti üzərlərinə götürür və uğursuzluq zamanı da bunun məsuliyyətinin onlara düşdüyünü anlayırlar.
11. Bəzən bir döyüşü uduzmaqla bütün müharibəni udmaq üçün yeni bir yol tapırsan.
12. Pul oyun zamanı hesabı tuta bilmək üçün vasitə rolunu oynaması xaricində mənim üçün heç vaxt böyük motivasiya mənbəyi olmayıb. Əsas həyəcan oyunu oynamaqdadır.
13. Dünyada ehtirassız heç bir böyük iş bacarılmayıb.
14. İşiniz və markanız insanlara nəyi üstün tutduğunuzu, eyni zamanda onları (insanları) üstün tutduğunuzu göstərməlidir.
15. Sonunda, nə qədər çox şeyi öhdənizə götürmənizə deyil, nələri bacardığınıza baxırlar.
16. Qalibliyin bir hissəsi də çıxıb getməli olduğunuz vaxtı dəqiq bilməkdir. Bəzən vaz keçib, daha məhsuldar olacağınız başqa bir işin qulpundan yapışmalısınız.
17. Əgər işlə zövqü balanslaşdırmaq istəyirsinizsə, onları balanslaşdırmağı dayandırın, əvəzinə işinizi daha zövqlü edin.
18. Mənim hekayəmin bitməyə yaxın olduğunu düşünən hər kəs böyük bir yanlışlıq içindədir.
Yadigar Cəfərli, jurnalist
Seçilən
16
news365.az

1Mənbələr