AZ

TƏBİB Nizaməddin Şəmsizadənin müalicəsini nəzarətə götürdü

TƏBİB bir həftədən çoxdur komada olan professor, dövlət mükafatı laureatı, əməkdar elm xadimi Nizaməddin Şəmsizadənin səhhəti ilə bağlı məsələləri nəzarətə götürüb.

Bu barədə professorun qızı Ayfər Feyziyeva Publika.az-a məlumat verib.

O bildirib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun tapşırığı əsasında N.Şəmsizadə müalicə aldığı özəl klinikadan Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb:

"Atamın müalicəsi artıq Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir. Hər şey TƏBİB-in nəzarətindədir. Vəziyyətində heç bir irəliləyiş yoxdur, süni tənəffüs aparatına qoşulub, risk 90 faizin üzərindədir. Komadan ayılmır, septik şokdadır. Müalicəsi yüksək səviyyədə davam etdirilir. TƏBİB rəhbərliyi daim maraqlanır, həkimlər əllərindən gələni edirlər".

N.Şəmsizadə uzun müddətdir dializ və şəkər xəstəliyindən əziyyət çəkir.

Seçilən
17
publika.az

1Mənbələr