AZ

ABŞ Marsa 45 günə uçuşu sınaqdan keçirdi– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ General Atomics Electromagnetic Systems (GA-EMS) şirkəti NASA-nın Marşall Kosmik Uçuş Mərkəzində nüvə raket yanacağının ilk uğurlu sınaqlarını həyata keçirib. Yanacaq 2326 °C temperaturda hidrogenə qarşı dayanıqlılıq nümayiş etdirib.

Testlər 20 dəqiqə davam edib və yanacaq altı dəfə maksimum gücdə qızdırılaraq sınaqdan keçirilib. GA-EMS prezidenti S. Forni bildirib ki, bu, Marsa uçuş müddətini 6-7 aydan 45 günə endirə biləcək nüvə istilik mühərriklərinin inkişafında mühüm addımdır. Bu texnologiya kosmik missiyaların təhlükəsizliyini və effektivliyini artıracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr