AZ

Britaniya Hərbi Dəniz Qüvvələri Fars körfəzində insidentlə bağlı məlumat verib

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (“United Kingdom Maritime Trade Operations”, UKMTO) Fars körfəzində gəmi ilə bağlı insident barədə məlumat verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkəsindəki hesabında məlumat verilib.

"UKMTO Səudiyyə Ərəbistanının Ras-Tannura limanından 86 dəniz mil şimal-şərqdə baş vermiş insidentlə bağlı bildiriş alıb. Kapitan kiçik hərbi gəminin onların gəmisinə yaxınlaşdığını və yaşıl işıq siqnalları göndərdiyini bildirir", - məlumatda qeyd olunub.

Gəminin İranın ərazi sularına doğru kursunu dəyişmək tələbli siqnallar almağa davam etdiyi bildirilir.

UKMTO gəmilərə ehtiyatlı olmağı və hər hansı bir "şübhəli fəallıq" müşahidə edildikdə, bu barədə mərkəzə məlumat verməyi tövsiyə edib.

Seçilən
7
report.az

1Mənbələr