AZ

Trampın çıxışından sonra neftin qiyməti aşağı düşdü

Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti bir barrelə görə 1,21 faiz ucuzlaşaraq 78,05 dollar təşkil edib. 

Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, daha sonra enmə 0,7 faizə qədər yavaşlayıb və neftin qiyməti bir barrelə görə 78,45 dollarda qərarlaşıb. 

Neftin qiymətinin ucuzlaşmasına səbəb isə ABŞ-nin yeni Prezidenti Donald Trampın Davosda keçirilən Dünya İqtisadi Forumundakı açıqlamaları olub. 

Seçilən
28
demokrat.az

1Mənbələr