AZ

FCSB Bakıda özünü “Mançester Siti” kimi aparıb

Avropa Liqasının Liqa mərhələsinin VII turunda FCSB ilə görüşən “Qarabağ” nadir təsadüf olunan hadisə ilə üzləşib.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun yetirmələri 2:3 hesabı ilə uduzduğu matçda bütün qolları künc zərbələrindən sonra buraxıblar.

Cəmi iki gün əvvəl Çempionlar Liqasında da oxşar hadisə yaşanıb. Maraqlıdır ki, Belqradda da qonaqlar kornerdən üç qola sevinib və elə eyni hesabla qalib gəliblər. Həmin gün PSV “Srvena Zvezda”nı məğlub edib. Serbiya klubu “Qarabağ”ın taleyini yaşayıb.

Çempionlar Liqasının XXI əsrdə keçirilən matçlarında 5-ci dəfə idi ki, eyni komanda bir matçda kornerdən 3 qol vururub. Niderland təmsilçisinə qədər 2007-ci ildə “Milan”, 2013-cü ildə PSJ, 2017 və 2023-cü illərdə “Mançester Siti” bunu bacarıb. FCSB də Bakıda özünü mançesterlilər kimi aparıb.

Qeyd edək ki, “Qarabağ” 7 turdan sonra 3 xalla 34-cü yerdə qərarlaşıb.

İdman.biz

Seçilən
25
idman.biz

1Mənbələr