7 aya yaxındır ki, Ermənistanda Çinin səfiri yoxdur.
"Unikal" xəbər verir ki, bu barədə erməni politoloq Suren Sarkisyan açıqlayıb.
"Bu, Ermənistan-Çin münasibətləri tarixində görünməmiş və müstəsna hadisədir. Təbii ki, bu, çox aydın mesajdır, heç bir təsadüf yoxdur. Əmin olun, Pekinin diplomatik arsenalında bu gün İrəvana göndərilə bilən yüzlərlə peşəkar var", - deyə o qeyd edib.
Sarkisyan belə bir yanaşmanın səbəblərini də bildirib:
"Birincisi, Ermənistan yüksək səviyyədə təminatlara baxmayaraq, “Bir kəmər bir yol” meqa layihəsinə qətiyyən maraq göstərmir və onun bir hissəsi olmaq üçün heç bir iş görmür.
Ermənistan hələ də faktiki olaraq mövcud olmayan Anti-Çin Dini Azadlıq Alyansının bir hissəsi olaraq qalır.
Onu da xatırlamaq lazımdır ki, Ermənistan Tayvan İqtisadiyyat Nazirini Tayvan rəsmiləri ilə hər hansı birbaşa əlaqədən çəkinmək öhdəliyi ilə qəbul edən ölkədir və Tayvan məsələsi Çin üçün ən həssas mövzudur.
Axı çinli həmkarlarımızın belə yanaşması kifayət qədər məntiqlidir və ağlabatandır. Supergüclərə bu cür yanaşmaq olmaz".
Ağarza Elçinoğlu