AZ

2024-cü ildə rekord məbləğ: Avtomobil alanlara 2 trilyon kredit verildi

2024-cü ildə Rusiya vətəndaşları 2 trilyon rubl məbləğində kreditlə avtomobil alıblar.

News24.az xəbər verir ki, Rusiyada kreditlə avtomobil alınması üzrə göstərici 2023-cü illə müqayisədə 60 faiz artıb.

Qeyd edilir ki, insanlar sanksiyalar səbəbindən avtomobillərin bahalaşacağını gözləyirdi. Buna görə də avtomobil krediti faizləri 20-23% civarında olub. Ötən ilin nəticələrinə əsasən, banklar vətəndaşlara rekord sayda avtomobil krediti verib ki, bu da il ərzində 2 trilyon rubl dəyərində kredit deməkdir.

2024-cü ildə avtomobillər üçün kreditlərin verilməsinin pik həddi mart ayı olub - 216,2 milyard rubl dəyərində 146 mindən çox avtomobili krediti verilib. Ən aşağı göstəricilər dekabrda qeydə alınıb. Həmin ay ərzində Rusiya vətəndaşları 74,5 milyard rubl dəyərində 56,7 min kredit alıblar.

Ağa Dadaşzadə

Seçilən
22
news24.az

1Mənbələr