AZ

Qırğızıstanın paytaxtının köçürülməsi təklif edildi

Yazını böyüt
Yazını kiçilt

Qırğızıstanda deputat Bakitbek Maripov duman və nəqliyyatla mübarizə üçün paytaxtın köçürülməsini təklif edib. O, müvafiq təklifi parlamentin iclasında irəli sürüb.

Hafta.az-ın 24.kg-a istinadən yazdığına görə ,o vurğulayıb ki, Bişkek iki mer tərəfindən idarə olunsa belə, onlar paytaxtda duman və nəqliyyat problemini həll edə bilməzlər.

İssık-Kul vilayətində Asman şəhəri salınır. Bu, 10 milyard dollar sərmayəni nəzərdə tutur. Dəmir yolunun Bişkekdən köçürülməsi 550 milyon dollara başa gələcək. Dairəvi yolun tikintisi ilə bu məbləğ 1 milyard dolları keçəcək”, - deyə xalq nümayəndəsi bildirib.

Ona görə də deputat bildirib ki, paytaxtın Bişkekdən köçürülməsi və Nazirlər Kabinetinin ora göndərilməsi lazımdır.

Təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Mədər Maşiyevin sözlərinə görə, ölkədə avtomobillərin 85 faizində katalizatorun olmaması, paytaxt ətrafında yaşayış massivlərinin sayının artması, qeyri-müntəzəm, plansız tikililər, ağacların kəsilməsi faktları qatı dumanın səbəbləridir.

Seçilən
7
10
hafta.az

10Mənbələr