AZ

Trampın dünənki çıxışından sonra neftin qiyməti neçəyədir?

ABŞ-nin yeni Prezidenti Donald Trampın Davosda keçirilən Dünya İqtisadi Forumundakı açıqlamalarından sonra neftin qiyməti aşağı düşməyə başlayıb.

“Brent” markalı neftin qiyməti bu gün səhər də enməyə davam edib.

Belə ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 4 sent ucuzlaşaraq bir barrelə görə 78,25 dollar təşkil edib. 

Bununla yanaşı, Nyu-York əmtəə birjasında (NYMEX) “WTI” markalı neftin qiyməti də 4 sent enərək bir barrelə görə 74,58 dollarda qərarlaşıb.

"Cebheinfo.az"

Seçilən
13
cebheinfo.az

1Mənbələr