AZ

Azərbaycanda meymunçiçəyi virusuna yoluxan şəxsin son vəziyyəti necədir?

Bakı. Trend:

Meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsindəmüalicəsi davam etdirilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dənbildirilib.

Qeyd edilib ki, hazırda vəziyyəti stabil olaraqqiymətləndirilir. Həkimlərin müşahidəsi altındadır.

Xatırladaq ki, 22 yaşlı Azərbaycan vətəndaşı 02-11 yanvar2025-ci il tarixlərində xarici ölkəyə turistik səfər edib və oradandöndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədəsuluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları iləBakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.

Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laboratormüayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindəngötürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsininnəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.

Məqalədə:
Seçilən
14
50
az.trend.az

10Mənbələr