AZ

ABŞ pasportlarında dəyişiklik edildi - Cinslə bağlı YENİ QAYDA

Xəbər verdiyimiz kimi, ABŞ-ın 47-ci prezidenti Donald Tramp and içdikdən sonra ölkədə yalnız iki cinsin - kişi və qadının tanınacağını bildirən fərman imzalayıb.

Publika.az xəbər verir ki, bundan sonra ABŞ pasportlarında da bu qayda tətbiq olunacaq.

ABŞ dövlət katibi Marko Rubio Amerika pasportlarında “qadın” və “kişi” variantları ilə yanaşı, homoseksuallar və transseksuallar üçün “X” variantının ləğvinə göstəriş verib. Yəni Amerika pasportları üçün yalnız iki seçim olacaq.

“The Intercept”in yazdığına görə, Rubio müvafiq təlimatında “ABŞ-ın rəsmi siyasəti cinsiyyətin dəyişməz olmasıdır” deyib.

Seçilən
1
1
publika.az

2Mənbələr