Fevralın əvvəlində Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-yə səfəri planlaşdırılır.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
Baş nazir Vaşinqtonda 5-ci illik Beynəlxalq Dini Azadlıq Sammitində və milli ibadət səhər yeməyində iştirak edəcək.
Ermənistanın Baş naziri sammitdə müraciətlə çıxış edəcək.