№ 13 Bakı şəhəri, 23 yanvar 2025-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli 451 nömrəli Qərarı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının yaradılması, Koordinasiya Şurasının iş Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli 451 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (II kitab), maddə 1786 (Cild I) ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının tərkibi”nin “Koordinasiya Şurasının sədri” hissəsində “Əli Əhmədov” sözləri “Samir Şərifov” sözləri ilə əvəz edilsin.
Əli Əsədov,
Azərbaycan Respublikasının
Baş naziri