AZ

Azərbaycanda YENİ KONSTİTUSİYA: Əsas qanunda NƏ DƏYİŞƏCƏK? – SORĞU

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib ki, “Konstitusiya və Suverenlik ili” çərçivəsində müxtəlif yerli və beynəlxalq təşkilatlarla ardıcıl görüşlər keçiriləcək, müzakirələr təşkil olunacaq.

O bildirib ki, “Konstitusiya və Suverenlik ili” çərçivəsində qarşıda bir çox çağırışlar, baxışlar var və bu çağırışlar arasında yeni referendumun keçirilməsi də mümkündür. Z.Orucun sözlərinə görə, Konstitusiya dövlət quruculuğunun Baş Planıdır və bu anlamda Zəfər Konstitusiyasının qəbul olunması da realdır.

Azərbaycanda YENİ KONSTİTUSİYA: <span style=color:red>Əsas qanunda NƏ DƏYİŞƏCƏK? - SORĞU

Maraqlıdır, yeni Konstitusiyada hansı dəyişikliklər yer ala bilər?

Mövzu ilə bağlı Medianews.az-a danışan Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, rəhbərlik etdiyi siyasi təşkilat bir necə ildir Konstitusiya dəyişikliyi təşəbbüsü ilə çıxış edir.

Azərbaycanda YENİ KONSTİTUSİYA: <span style=color:red>Əsas qanunda NƏ DƏYİŞƏCƏK? - SORĞU

Onun qənaətincə, burada əsas məsələlərdən biri  Qarabağ müharibəsindən sonra yaranan şəraitdə Naxçıvan Muxtar Respublikasının statusunun dəyişdirilməsidir: “Artıq Naxçıvanın muxtar respublika statusuna ehtiyac yoxdur. Azərbaycan unitar dövlətdir və bu, ona uyğunlaşdırılmalıdır. İkinci məsələ düşünürəm ki, parlamentin say tərkibinin artırılmasıdır. Bu da çox önəmlidir. Çünki Azərbaycan əhalisinin sayı artıb, amma onun qanunvericilik orqanında təmsilçilərinin sayı hələ də 90-cı illərdəki rəqəmlərdir. Düşünürəm ki, Milli Məclisdətəmsil olunacaq millət vəkillərinin sayı ən azı 30 faiz artırılmalıdır. Önəmli məsələlərdən biri də 2000-ci illərdə Konstitusiyadan çıxarılmış proporsional seçki sistemidir. Bu sistemin bərpası üçün Konstitusiyada dəyişikliyə ehtiyac var”.

Azərbaycanda YENİ KONSTİTUSİYA: <span style=color:red>Əsas qanunda NƏ DƏYİŞƏCƏK? - SORĞU

Partiya sədrinin sözlərinə görə, proporsional seçki qaydası bərpa olunmalıdır ki, Azərbaycanda çoxpartiyalı sistemi inkişaf etsin, siyasi müxtəliflik təmin olunsun, partiyaların siyasi arenada nüfuzu, söz haqqı möhkəmlənsin: “Əks təqdirdə partiyaların dövlət idarəçiliyində rolu minumuma enir və dolayısı ilə partiyalar sıradan çıxır. Partiyaların da sıradan çıxması dövlətin peşəkar kadrlar baxımından təmin olunmamasına gətirib çıxarır. Bu da dövlətin siyasi anlamda apolitik bir cəmiyyətə çevrilməsinə gətirib çıxarır. Yəni, siyasi həyatda iştirakdan boyun qaçıran, siyasətlə maraqlanmayan, siyasi laqeydlik nümayiş etdirən bir cəmiyyət formalaşır. Düşünürəm ki, bu da  köklü,  uzun müddət varlığını sürdürməyi planlaşdıran bir dövlət üçün təhdiddir. Ümumiyyətlə, partiyaların, siyasi institutların varlığı dövlətin bel sütunudur. Bu da Azərbaycan kimi cəmiyyətdə  proporsional seçki sisteminin varlığından birbaşa asılıdır. Hələlik bu üç bəndin Konstitusiyada yer alması bizim üçün çox önəmlidir. Bunlar müasir dönəmin, siyasi situasiyanın tələbidir”.

Azərbaycanda YENİ KONSTİTUSİYA: <span style=color:red>Əsas qanunda NƏ DƏYİŞƏCƏK? - SORĞU

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da Medianews.az-a açıqlamasında Naxçıvan Muxtar Respublikasının indiki statusunun dəyişdirilməsi məsələsinə diqqət çəkib. Bildirib ki, Azərbaycan unitar dövlət olduğu üçün onun tərkibində ikinci respublika ola bilməz: “Müstəqilliyimizi bərpa etdikdən indiyə qədər ötən dövrə nəzər salsaq görərik ki, təxminən hər yeddi ildən bir ölkədə Konstitusiyaya dəyişiklik edilib. 1995, 2002, 2009, 2016-cı illərdə əsas qanunda bir sıra dəyişiklik olunub. 2023-ci ildə də Konstitusiyaya dəyişiklik etmək məsələsi gündəmdə idi. Düşünürəm ki, 1995-ci ilin Konstitusiyasında təsbit olunan proporsional seçki sisteminin yenidən bərpasına ehtiyac var. Ümumiyyətlə, ölkədə prezident seçkilərindən başqa, həm bələdiyyə, həm də parlament seçkiləri tam şəkildə proporsoanal seçki sisteminə uyğun aparılamıdır. Qonşu Türkiyədə, Gürcüstanda bunun nümunəsi var. İlk növbədə bu qərar dəyişilməlidir. Növbəti zəruri dəyişiklik Naxçıvan Muxtar Respublikası ilə bağlı məsələdir. Azərbaycan unitar dövlət olduğu üçün onun tərkibində ikinci respublika ola bilməz. Bu məsələ nəhayət öz həllini tapmalıdır. Daha sonra məhkəmə, seçki qanunvericiliyinin dəyişilməsi istiqamətində dəyişikliklər olmalıdır. Azərbaycanın inkişafı ilə bağlı əvvəllər Qərbə yönəlik siyasət nəzərdə tutulurdu. Amma indi o tamamilə sıradan çıxıb. Halbuki, daha da möhkəmləndirilməlidir. Müsavat Partiyası olaraq son illərdə  Konstitusiyada dəyişikliklər mövzusunda bir neçə sənəd hazırlamışıq. Hazırda vurğuladığım üç bənd də hökmən Konstitusiya dəyişikliyində nəzərə alınmalıdır”.

Azərbaycanda YENİ KONSTİTUSİYA: <span style=color:red>Əsas qanunda NƏ DƏYİŞƏCƏK? - SORĞU

G.Aslanlının qənaətincə, Azərbaycanda bütün icra nümayəndəsi, icra başçısı və sair bu kimi postlara şəxslər seçki yolu ilə seçilməlidir: “Demokratik ölkələrdə, o cümlədən Türkiyədə necə olursa, bizdə də o qaydada tənzimlənməlidir. Əgər Konstitusiyada dəyişiklik olarsa, onda bu vəzifələrə də şəxslərin seçki yolu ilə seçilməsi, böyük şəhər bələdiyyələrinin yaradılması, bələdiyyə sədrlərinin birbaşa seçilməsi məsələsi də orada öz əksini tapmalıdır”.

Nailə QASIMOVA

Seçilən
49
50
medianews.az

10Mənbələr