AZ

Yaponiya Baş naziri: “Rusiya ilə sülh müqaviləsinin bağlanması kursunu davam etdiririk” – ÖZƏL

Yaponiya Baş naziri Şigeru İşiba parlamentdə çıxışı zamanı ölkəsinin Rusiya ilə ərazi məsələsinin həlli və sülh müqaviləsinin bağlanması istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib. 

Olaylar.az xəbər verir ki, o, Yaponiya-Rusiya münasibətlərinin hazırda çətin dövrdən keçdiyini vurğulasa da, rəsmi Tokionun bu məsələdə mövqeyinə sadiq qaldığını qeyd edib.

"Ölkəmiz ərazi probleminin həllinə və sülh müqaviləsinin imzalanmasına yönəlmiş siyasətini davam etdirəcək," - deyə İşiba əlavə edib.

Qeyd edək ki, bu mövqeni daha əvvəl Yaponiya hökumətinin keçmiş başçısı Fumio Kişida da ifadə etmişdi.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Tokionun Rusiyanın maraqlarına zidd olan siyasətdən imtina etməyəcəyi təqdirdə ikitərəfli münasibətlərin normallaşmasının mümkün olmadığını vurğulamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
5
olaylar.az

6Mənbələr