23 yanvar 2025-ci ildə ChatGPT və OpenAI API sistemlərində qlobal nasazlıq baş verdi. İstifadəçilər chatbotun əsas səhifəsində xəta mesajları ilə qarşılaşıb və platformaya daxil olmaqda çətinlik çəkiblər. Problem ABŞ, Kanada, Böyük Britaniya və digər ölkələrdə müşahidə olunub.
QHT.az xəbər verir ki, OpenAI, nasazlığın əsas səbəbini müəyyən edib və bir saat ərzində xidməti bərpa etsə də, sistem yenidən əlçatmaz olub. Əvvəllər də oxşar problemlər yaşanmışdı, məsələn, 2024-cü ilin dekabrında yuxarı provayderdə baş verən uğursuzluqla əlaqəli qlobal nasazlıq qeydə alınmışdı.
R.İmanov