AZ

“Qarabağ”ın qonaqları “meydan sulayanda”: Yaxşı ki, “Linkoln” var - ARAŞDIRMA

“Qarabağ” avrokuboklarda ardıcıl 6-cı ev məğlubiyyətini alıb.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun yetirmələri cari mövsüm doğma azarkeşlər önündə keçirdiyi 7 matçdan yalnız birincisində qalib gəlib.

“Linkoln” üzərində 5:0 hesablı qələbədən sonra Bakıya gələn komandalar ölkəmizdən qalib kimi gediblər. “Lüdoqorets”lə Zaqreb “Dinamo”su Çempionlar Liqasında, “Malmö”, “Ayaks”, “Lion”, dünən də FCSB Avropa Liqasında Tofiq Bəhramov stadionunun meydanında həqiqətən “meydan sulayıblar".

06.08.2024. “Lüdoqorets” (Bolqarıstan) – 1:2
24.08.2024. “Dinamo” (Zaqreb, Xorvatiya) – 0:2
03.10.2024. “Malmö” (İsveç) – 1:2
24.10.2024. “Ayaks” (Niderland) – 0:3
28.11.2024. “Lion” (Fransa) – 1:4
23.01.2025. FCSB (Rumıniya) – 2:3

Amma bu uğursuz seriya hələlik antirekord deyil. Bu, Azərbaycan futbol tarixinin ikinci uzun seriyadır.

Mütləq antirekord isə elə “Qarabağ”ın özünə məxsusdur. “Köhlən atlar” Avropada debüt etdikdən sonra uzun illər evdə “at oynada” bilməyib. Həmin dövrdə qonaqlar 7 qələbə qazanıblar.

08.08.1996. “MüPa” (Finlandiya) – 0:1
30.07.1997. “Yablonets” (Çexiya) - 0:3
27.08.1998. “Kopenhagen” (Danimarka) – 0:4
27.06.1999. “Makkabi” (Hayfa, İsrail) – 0:1
04.07.1999. “Monpelye” (Fransa) – 0:3
29.07.2004. “Dukla” (Banska Bıstritsa, Slovakiya) – 0:1
27.07.2006. “Zimbru” (Moldova) – 1:2

İdman.biz

Seçilən
20
idman.biz

1Mənbələr