AZ

Həmin otelin memarı da saxlanıldı

Bolu Kartalkayadakı "Grand Kartal" hotelində baş verən yanğınla əlaqədar daha bir nəfər saxlanılıb. 

Olaylar.az Türk mediasına istinadla xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat yayıb. 

Məlumata görə, hotelin memarı , 72 yaşlı Ali B.  Sancaktepedəki ünvanında saxlanılıb.

Bununla da, hoteldəki yanğına görə saxlanılanların sayı 12-yə çatıb.

Nəzarətə götürənlər arasında hotelin sahibi və digər işçilər də var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr