AZ

Naqqets və peçenye yeyən uşaq kör OLDU

Malayziyada 8 yaşlı uşaq naqqets və peçenye yedikdən sonra tamamilə kor olub.

Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, onun hekayəsini sosial şəbəkələrdə həkim Erna Nadia danışıb.

Nadianın dediyinə görə, uşaq 2025-ci ilin yanvar ayının əvvəlində məktəbə gedən zaman qəfildən kor olub. O, təcili olaraq xəstəxanaya aparılıb, burada aparılan analizlər zamanı A vitamininin kəskin çatışmazlığı aşkar edilib.

Həkimlər onun çatışmazlığı səbəbindən oğlanda görmə sinirinin atrofiyaya uğradığı bir xəstəlik – optik neyropatiya inkişaf etdirdiyini irəli sürüblər.

Həmçinin qeyd olunur ki, gənc malayziyalıda A vitamininin kəskin çatışmazlığına səbəb onun qeyri-adi yemək vərdişləri olub – o, uzun illər yalnız fast-fud yeməkləri ilə: naqqets, peçenye və kolbasa ilə qidalanıb.

Nadia öz mesajında ​​valideynləri uşaqlarının pəhrizinə nəzarət etməyə və mümkün qədər çox sağlam qidaları daxil etməyi unutmamağa çağırıb. O, göz sağlamlığı üçün vacib olan A vitamininin yerkökü, inək südü, manqo, ərik, balıq, toyuq, yumurta və şirin kartofda olduğunu xatırladıb.

 

Seçilən
7
medianews.az

1Mənbələr