İranda media və jurnalistlərə təzyiqlərin davam edir. Ölkənin təhlükəsizlik məmurları Jila Bəniyəqub, Pejman Musəvi və Ümid Fərağət adlı jurnalistlərin evinə basqın edib.
Bu barədə yazıçı və jurnalist Jila Bəniyəqub məlumat yayıb.
O, məmurların evdə axtarış aparıb, bəzi şəxsi əşyaları, o cümlədən telefon və komputerləri müsadirə etdiklərini bildirib.
Bənuyəqub, evinə hücum edən 10-dan çox məmurun axtarış üçün heç bir məhkəmə hökmü və səbəb göstərmədiklərini söyləyib.
Axtarış aparıldıqdan sonra Jila Bəniyəqub, Ümid Fərağıt və Mehdi Mahmudian adlı başqa jurnalist Evin həbsxanasının məhkəməsinə çağırlıb.
Qeyd edək ki, son 1 il ərzində İranda 256 jurnalistə qarşı iş açılıb, 36 jurnalist həbs edilib və 11 jurnalist barədə əvvəllər verilən həs cəzası isə icra edilib.
visiontv.az