AZ

Yanğın faciəsi - Ölənlərin 36-sı uşaqdır

Yanvarın 21-də Türkiyənin mühüm xizək kurortlarından biri olan Bolu Kartalkayada yerləşən 12 mərtəbəli Grand Kartal otelində yanğın baş verib. 

News24.az xəbər verir ki, yanğında 78 nəfər həyatını itirərkən, 12 nəfər saxlanılıb.

Semestr tətili səbəbiylə uşaqları ilə Kartalkayada qış tətili keçirmək istəyən ailələr bütün üzvləri ilə birlikdə həyatını itirib. Hadisə zamanı azı 30 ailəyə ziyan dəyib.

Ehtiyatsızlıq və nəzarət mübahisələrinin davam etdiyi yanğında 18 yaşından kiçik 36 uşaq həyatını itirib. 

Qeyd edək ki, həyatını itirən uşaqların əksəriyyəti ibtidai və ya orta məktəb yaşındadır. 


Günel Məlikzadə

Seçilən
17
news24.az

1Mənbələr