Demokrat.az-ın məlumatına görə, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
O qeyd edib ki, təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq.
Bozumbayev bildirib ki, Qazaxıstan, Azərbaycan və Rusiyadan olan ekspertlərlə yanaşı, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) nümayəndələri də istintaqa qoşulub.
"Aviasiya orqanları qəzanı bir aydır ki, ICAO standartlarına uyğun olaraq araşdırır. Təxminən 17-18 nəfər Rusiya Federasiyası, Azərbaycan və Qazaxıstandan olan ekspertlərdir. Ümid edirik ki, ilkin hissə gələn həftə dərc olunacaq”, - deyə Bozumbayev vurğulayıb.
O, həmçinin əlavə edib ki, təyyarə qəzasından sonra cinayət işi açılıb, ballistik və partlayıcı texniki ekspertiza təyin edilib. "Təhlükəsizlik qüvvələrimiz sıx təmasda işləyir”, - deyə Bozumbayev bildirib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
10Mənbələr
-
Demokratikmusavat.comAzərbaycanda məktəbdə FACİƏ: yaralı var ( 15286409)
-
Demokratikmusavat.comMilyarderdən keçmiş həyat yoldaşı ilə bağlı paylaşım: "Şəkli hələ də..." - FOTO ( 15283393)
-
Demokratikmusavat.comBu məktəbdə yoxlamalar BAŞLADI ( 15280999)
-
Demokratikmusavat.comNazim Ədalət: "Ağdam Su Melorasiya idarəsində rəzalət baş alıb gedir" ( 15280265)
-
Demokratikmusavat.comBMT Baş katibi Trampın Qəzza zolağı ilə bağlı planından narahatdır ( 15279439)
-
Demokratikmusavat.comAZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatın TƏHLİLİ ( 15277709)
-
avtosfer.azHikmət Hacıyev bələdiyyə seçkisində səs verdi ( 15108329)
-
axar.azTəyyarə qəzası: Yaxın vaxtlarda açıqlama olacaq - Hacıyev ( 15108213)
-
olke.azHikmət Hacıyev bələdiyyə seçkisində səs verdi ( 15108131)
-
manset.azHikmət Hacıyev bələdiyyə seçkisində səs verdi ( 15108099)