AZ

Mərkəzi Kəşfiyyat İdarəsinin yeni şefi təsdiq olundu

ABŞ Senatı Milli Kəşfiyyatın keçmiş direktoru Con Ratkliffin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yeni direktoru təyin edilməsini təsdiqləyib.

Heerbiand.az xəbər verir ki,  bu barədə Associated Press agentliyi məlumat yayıb.

Donald Trampın namizədini 20 demokrat da daxil olmaqla 100 senatordan 74-ü dəstəkləyib. Təsdiqləndikdən sonra Ratcliff Ağ Evə gedib və orada and içib.

Ratcliff tarixdə həm Milli Kəşfiyyata, həm də CIA-ya rəhbərlik edən ilk şəxsdir.

Seçilən
24
herbiand.az

1Mənbələr