AZ

Amorim Ferqyusonla Basbinin uğurunu təkrarladı

Ötən gün UEFA Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda "Mançester Yunayted" Şotlandiyanın "Reyncers" klubunu qəbul edib. 

Fanat.Az xəbər verir ki, İngiltərə klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşan görüş baş məşqçi Ruben Amorim üçün əlamətdar olub. 

"Opta"-nın hesablamasına görə, "Mançester Yunayted" portuqaliyalı mütəxəssisin rəhbərliyi altında bu turnirdə keçirdiyi hər üç oyununda qalib gəlməklə "qırmızı şeytanlar"ın əfsanəvi məşqçiləri Matt Basbi (1956) və Aleks Ferqyusonun (1990) uğurunu təkrarlayıb. Mankunianlılar Amorimin rəhbərliyi altında "Reyncers"dən əvvəl "Budyo-Qlimt" (3:2) və "Viktoriya Pilzen"i (2:1) məğlub etmişdilər.

Beləliklə, portuqaliyalı mütəxəssis "Mançester Yunayted"in tarixində keçirdiyi ilk avrokubok matçlarının hər üçündə qalib gələn üçüncü məşqçi olub. 

"Mançester Yunayted" UEFA Avropa Liqasının Liqa mərhələsinin cədvəlində 15 xalla 4-cü yerdədir.

Mirağa

Seçilən
39
2
fanat.az

3Mənbələr