AZ

Alim: Meymunçiçəyi insanlar arasında təmas yolu ilə yayılmağa başlaya bilər...

Meymunçiçəyi virusunun strukturunda genetik səviyyədə kiçik sapmalar virusun hava damcıları ilə kütləvi şəkildə ötürülməsinə səbəb ola bilər...

Poliqon xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki, Epidemiologiya və Mikrobiologiya Milli Elmi Mərkəzinin direktoru Alelsander Qinzburq deyib.

O vurğulayıb ki, oxşar vəziyyətdə dünya çiçək xəstəliyinə bənzər bir şeylə üzləşə bilər. Onun sözlərinə görə, virus artıq yayılmağa, mutasiyaya uğramağa və virulentliyini artırmağa başlayıb.

Qinzburq əlavə edib ki, meymunçiçəyi xəstəliyinə qarşı gen mühəndisliyi ilə hazırlanmış peyvənd hazırlanmalıdır. Epidemioloq əlavə edib ki, əvvəlki bütün peyvəndlər ciddi yan təsirlərə səbəb ola bilər.

Poliqon.info

Seçilən
28
10
poliqon.info

7Mənbələr