AZ

Ulduz futbolçu jurnalistə fiziki zorakılıq etdi

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Viktor Osimhenlə “Posta” qəzetinin jurnalisti Tolqu Bozduman arasında xoşagəlməz olay yaşanıb.

Teleqraf.com xəbər verir ki, nigeriyalı futbolçu ilə münaqişə İstanbuldakı gecə klublarından birinin yaxınlığında baş verib.

Jurnalist Osimhenin ona fiziki zorakılıq etdiyini bildirib.

“Mən və üç həmkarım Osimheni qapıda çəkirdik. Kameralarımızın işiqları yanan zaman əsl xaos yarandı. O, qışqıra-qışqıra üstümə qaçdı və kameranı götürməyə çalışdı, amma buna imkan vermədim. Daha sonra yumruğu ilə başıma vurdu. Bundan sonra o, söyüş söyməyə başladı. Çıxılmaz vəziyyətdə qaldığını gördükdə mənə foto və videoları silməyimin qarşılığında pul təklif etdi. Bunu rədd etdiyim zaman isə “Səni məhv edəcəyəm” dedi. Onun zərbəsindən sonra hələ də başımda ağrılar var", - deyə Bozduman açıqlayıb.

Qeyd edək ki, Viktor Osimhen "Qalatasaray"da icarə əsasında çıxış edir. 26 yaşlı futbolçu müqavilə ilə İtaliya "Napoli"sinə məxsusdur.


Müəllif: Royal Həsənov
Seçilən
13
teleqraf.com

1Mənbələr