AZ

Goranboyda oğurluq - saxlanılan var

Goranboy rayonunda qohumumun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Qızılhacılı qəsəbəsindəki yaşayış evlərinin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbilər nəticəsində qohumuna məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 800 manat olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı P.Rüstəmov saxlanılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Seçilən
31
2
bakivaxti.az

3Mənbələr