Həştərxanda 13 yaşlı qızla 8 yaşlı oğlanın toyu olub. Bu, heç bir hüquqi qüvvəsi olmayan “qaraçı adətləri”nə görə keçirilən ənənəvi mərasimdir.
Bayram şənliyi şəhərin nüfuzlu restoranlarından birində baş tutub. Möhtəşəm idi, zal zəngin görünürdü, masalar yeməklərlə dolu idi, yeni evlənənləri möhtəşəm tort gözləyirdi, “MK” yazır.
Yerli sakinlər mərasimin qayınananın təkidi ilə keçirildiyini deyirlər.
Yetkinlik yaşına çatmayanların toyuna səlahiyyətlilərin reaksiyası hələ ki, məlum deyil.
Buna baxmayaraq, bu " şadyanalıq" geniş rezonans doğurdu və sosial şəbəkələrdə fəal müzakirə olunur. İstifadəçilər xüsusilə iştirakçıların yaşını nəzərə alaraq bu cür ənənələr haqqında müxtəlif fikirlər bildirirlər.
Almaz Həsənli