“Almaniya Moskvada keçiriləcək Qələbə Paradında iştirak etməyəcək”
Almaniya Moskvada Böyük Vətən Müharibəsinin başa çatmasının ildönümünə həsr olunmuş Qələbə Paradında iştirak etməyəcək.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniyanın Rusiyadakı səfiri Aleksandr Lambsdorf deyib.
“Xeyr, Moskvada biz rəsmi səviyyədə paradda təmsil olunmayacağıq”, – diplomat bildirib. Eyni zamanda, Lambsdorf əlavə edib ki, belə bir qərara səbəb Ukraynadakı münaqişədir.