AZ

Belçika millisi fransalıya həvalə olunur

Futbol üzrə Belçika milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf.com insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, yığma fransalı Rudi Qarsiyaya tapşırılacaq.

60 yaşlı mütəxəssis bu postda istefaya göndərilən Domeniko Tedeskonu əvəzləyəcək.

Qeyd edək ki, Rudi Qarsiya son olaraq İtaliyanın "Napoli" klubunun baş məşqçisi olub. O, 2023-cu ilin noyabrından işsizdir.


Müəllif: Royal Həsənov
Seçilən
31
10
teleqraf.com

10Mənbələr