AZ

Davos İqtisadi Forumu bu gün başa çatır » AzadMedia.az


Yanvarın 20-də başlayan Davos İqtisadi Forumu bu gün başa çatır. Sayca 55-ci olan Forum bu dəfə “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında toplaşıb.

Millət vəkili Azay Quliyev AzadMedia.az-a açıqlamasında Forumun əhəmiyyəti barədə danışıb:

“Dünyada baş verən təlatümlər, təhlükəsizliklə bağlı yaşananlar yeni bir dünya düzəninin formalaşmasını labüd edir. Davos İqtisadi Forumunun əsas məqsədlərindən biri də qlobal eləcə də, beynəlxalq gündəliyə aid olan məsələləri müzakirə etməkdir. Sadəcə son 3 il ərzində dünyada cərəyan edən proseslərə daha çox diqqət edilib. Burda dünyanın super gücünə iddiali olan ABŞ-nin çox böyük məsuliyyəti vardı. Amma Bayden administrasiyası dövründə çatışmazlıqları müşahidə etdik. İdeoloji boşluq yarandı. Ənənəvi siyasi mübarizədən aşırı liberal dəyərlərə üstünlük verildi. Hesab edirəm ki, Davos İqtisadi Forumu çox önəmli forumdur. Hər il 130 ölkədən iştirakçılar bu foruma qatılır. Bu cür platformalarda dövlətin siyasətini dünyaya çatdırmaq, növbəti addımlar atmaq çox önəmlidir. Hər bir ölkə çalışır ki, öz yanaşmasını ortaya qoysun. Sirr deyil ki, hazırda hər kəs yeni dünya nizamından danışır. Bu çox vacibdir. Maraqlar fərqli istiqamətdədir. Dövlətlər özlərini daha çox tanıtmağa çalışırlar. Hesab edirəm ki, D.Trampın dövründə nələr olacaq onu növbəti vaxtlarda biləcəyik”

Qeyd edək ki, hər il olduğu kimi, bu il də illik yığıncaqda dövlət və hökumət başçıları, əsas beynəlxalq təşkilatlar və Forumun 1000 tərəfdaş şirkətinin nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, gənc liderlər, sosial sahibkarlar və media iştirak edib. Forumda 5 əsas istiqamət üzrə müzakirələr təşkil olunub.

Seçilən
2
1
azadmedia.az

2Mənbələr