Tbilisidə ictimai nəqliyyatda ödəniş sistemində nasazlıq yaranıb.
Teleqraf.com-un Gürcüstan bürosu xəbər verir ki, şəhər meriyasından problemin kiberhücum şübhəsi ilə əlaqəli olduğu bildirilib.
Nasazlıq səbəbindən ödəniş sistemi müvəqqəti olaraq sıradan çıxarılıb, ödəniş zamanı audioyazı işə düşür.
Problemin aradan qaldırılması üçün operativ işlər görülür. Qurğuların tezliklə işə salınacağı gözlənilir.
Qeyd edək ki, audioyazıda Tbilisidəki etirazlardakı çıxışlardan hissələr, Gürcüstan himni, Avropaya inteqrasiyaya dəstək şüarları və s. səslənir.
Müəllif: Cəmilə Babayeva