Kredit verilməsi üzrə fəaliyyət göstərən Bank Olmayan Kredit Təşkilatı “Azkredit” ASC nizamnamə kapitalını 300 min manat artırır.
Marja.az xəbər verir ki, təşkilat hər birinin nominal dəyəri 100 manat olan 3000 ədəd adi, adlı, sənədsiz səhm buraxıb.
Yerləşdirmə uğurla yekunlaşarsa BOKT “Azkredit”in nizamnamə kapitalı 2 dəfə artaraq 300 min manatdan 600 min manata yüksəlcəkdir.
Səhmlərin yerləşdirilməsilə (anderrayter) “İnvest-AZ İnvestisiya Şirkəti” QSC məşğul olacaqdır.
Hazırda Bank Olmayan Kredit Təşkilatı “Azkredit” ASC-nin nizamnamə kapitalının 100%-i Məmmədov Mahir İsmayıl oğluna məxsusdur.
“Azkredit” son 3 ili - 2021-ci ili 1 milyon 331 min manat, 2022-ci ili 1 milyon 320 min manat, 2023-cü ili 1 milyon 28 min manat mənfəət ilə başa vurub.