AZ

MOİK-in baş məşqçisi: “Rəqibin 2 oyunçusu işimizi çətinləşdirdi”

“Gənclər”lə qarşılaşmamız həqiqətən də gözlənildiyi kimi, çox maraqlı keçdi”

İdman.biz xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət MOİK-in baş məşqçisi Cavid Süleymanov “Gənclər”lə keçirdikləri oyundan sonra deyib.

Mütəxəssis rəqibə qarşı oyunun gərgin keçdiyini bildirib. Onun sözlərinə görə, çempionatın gənclərdən təşkil olunmuş iki komandasının qarşılaşması həqiqətən də gözlənildiyi kimi çox maraqlı keçib: “Artıq iki aydır ki, çempionat davam edir. Fikrimcə, bu oyun ən maraqlı qarşılaşmalardan oldu. Qələbə qazandıq, amma “Gənclər” komandası həqiqətən çox gözəl oyun göstərdi. Rəqibin təcrübəli iki oyunçusu işimizi çətinləşdirdi.
İnanıram ki, bu gün gənc oyunçulardan formalaşan bu iki komandada yer alan voleybolçular yaxın iki ildə əsas millidə çıxış edəcəklər”.

Baş məşqçi çempionatla bağlı da fikirlərini bölüşüb: “Ümumilikdə, çempionat çox maraqlı keçir. Düşünürəm ki, “AZERRAIL” yarışın surpriz komandasıdır, “Neftçi” klubu da son oyunlarda məğlub olmasına baxmayaraq, ən təhlükəli komandadır. Xilasedici” və “Murov Az Terminal” isə yarışın liderləridir. Düşünürəm ki, pley-offda oyunlar daha maraqlı olacaq”.

Qeyd edək ki, Yüksək Liqanın VII turunda MOİK “Gənclər”ə 2:3 hesabı ilə qalib gəlib.

İdman.biz

Seçilən
4
2
idman.biz

3Mənbələr