Rusiya Ukraynanın NATO-ya üzvlüyünü istisna edən zəmanətlərə nail olmağa çalışacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
Onun sözlərinə görə, Ukraynanın NATO-ya daxil olması sülhün əldə olunmasını və hər hansı təhlükəsizlik arxitekturasının yaradılmasını istisna edir. Qruşko onu da bildirib ki, Rusiya Baltik dənizinin NATO-nun “daxili gölünə” çevrilməsinə icazə verməyəcək.