AZ

“ASAN xidmət” Memarlıq və İnşaat Universiteti və Naxçıvan Dövlət Universiteti ilə Anlaşma Memorandumu imzalayıb

Bakı. Trend:

24 yanvar 2025-ci il tarixində Azərbaycan RespublikasınınPrezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrəDövlət Agentliyində "Demo Day" tədbiri təşkil olunub.

Bu barədə Trend-ə “ASAN xidmət”in mətbuat xidmətindən məlumatverilib.

“İnnovasiyalar Mərkəzi”nin “Gələcək üçün bacarıqlar” layihəsiçərçivəsində baş tutan tədbir Türkiyənin “Bilişim Vadisi” ilə birgəreallaşdırılan 6 aylıq inkubasiya proqramının yekunlarına, eləcə dəillik hesabatın təqdimatına həsr olunub.

Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsilnazirinin müavini İdris İsayev, Kiçik və Orta Biznesin İnkişafıAgentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, BP-nin Xəzərbölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidentiBəxtiyar Aslanbəyli, “Bilişim Vadisi”nin direktoru Erkam Tüzgen,ölkəmizdəki ali təhsil müəssisələrinin rektorları iştirakediblər.

Öncə rəsmilər startap komandalarının layihələrinin təqdimolunduğu stendlərə baxıblar. Ardınca Dövlət Agentliyi ilə layihəyəyeni qoşulan Azərbaycan Memarlıq və İnşaat Universiteti və NaxçıvanDövlət Universiteti arasında “Universitetlərdə innovasiya mühitininformalaşdırılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlığadair” Anlaşma Memorandumu imzalanıb.

Tədbirdə rəsmilərin çıxışları baş tutub və layihə çərçivəsindəhəyata keçirilmiş işləri əks etdirən videoçarx nümayiş olunub.

10 startap komandasının layihə təqdimatından sonra münsiflərheyətinin qiymətləndirməsi nəticəsində ən yaxşı 5 layihə “BilişimVadisi”nin xüsusi mükafatı ilə təltif olunub.

Türkiyənin “Bilişim Vadisi” ilə birgə həyata keçirilən 6 aylıqinkubasiya proqramına ilkin mərhələdə 47 komanda qeydiyyatdankeçib, onlardan 30-u seçilib və 10 komanda proqramda iştirak hüququqazanıb. Proqram müddətində türkiyəli mütəxəssislər tərəfindənmüxtəlif sahələrdə təlimlər təşkil edilib.

2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçünbacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadrpotensialının artırılması, təhsildə innovasiya fəaliyyətinindəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsilprosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizintexnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinəyönləndirilməsidir.

Layihə müddətində 12 ali təhsil müəssisəsi ilə əməkdaşlıq həyatakeçirilib, 2 mindən çox tələbə tərəfindən 181 startap ideyasıtəqdim olunub. Universitetlərdə hazırlanmış 130-dan çox mentorundəstəyi ilə 98 startap komandası formalaşdırılıb. İnkubasiyaproqramlarının yekunu olaraq 19 startap komandası layihələrinitəqdim edib və münsiflər heyəti tərəfindən qiymətləndirilmənəticəsində 3 komanda mükafatlandırılıb.

Məqalədə:
Seçilən
28
50
az.trend.az

10Mənbələr