AZ

Ukrayna PUA-ları bu gecə Rusiyaya kabus yaşadıb

 Ukrayna tərəfi ötən gecə rekord sayda PUA ilə Rusiyaya hücum təşkil edib.

Paralel.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin verdiyi rəsmi məlumata görə, yanvarın 24-nə keçən gecə hava hücumundan müdafiə qüvvələri Ukraynanın 121 PUA-nı ələ keçirərək məhv edib.

Bildirilir ki, bu Ukraynanın 2025-ci ilin əvvəlindən bəri ən böyük PUA hücumu olub.
 Rusiya mediasının verdiyi xəbərə görə,  PUA-ların bir çox Rusiya hava  hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilə bilmədiyindən 
ciddi  dağıntılara yol açıb.
PUA hücumu nəticəsində Rusiyanın 5 şəhərində hava limanı  fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Mürtəza
Paralel.az

Seçilən
10
paralel.az

1Mənbələr