AZ

Hökumətin bu qərarı heyvansevərləri qəzəbləndirəcək

Tayvanda 120 mindən çox yaşıl iquaanın "kənd təsərrüfatı sektoruna mənfi təsir göstərdiyi" səbəbiylə məhv edilməsi planlaşdırılır.

"Cebheinfo.az" "Taipei Times" qəzetinə istinadən xəbər verir ki, Tayvanın Kənd Təsərrüfatı Nazirliyi ölkədəki iquana populyasiyası ilə bağlı açıqlama verib.

Məlumatda ölkənin cənub və mərkəzi bölgələrində iquana populyasiyasında artım olduğu bildirilib.

Açıqlamada dolanışığını əkinçiliklə təmin edən bölgədə iquanaların məhsullara mənfi təsir göstərdiyi vurğulanıb və 120 mindən çox yaşıl iquaanın məhv ediləcəyi qeyd edilib.

Məhz ölkə daxilində təxminən 200 min yaşıl iquaanın yaşadığı və öldürülən hər iquana üçün ödəniş ediləcəyi açıqlanıb.

Xatırladaq ki, ötən il də Tayvanda 70 min iquana məhv edilmişdi.

Seçilən
9
cebheinfo.az

1Mənbələr