Türkiyəli məşhur aktyor Arif Selçukun yeni layihəsi bəlli olub.
“Cebheinfo.az” xəbər verir ki, o, “Yalı Çapkını” serialında rol alacaq.
Aktyor ekran işində “Cengiz” obrazına həyat verəcək. Arif Selçuk 92-ci bölümdən etibarən serialda çəkiləcək.
Qeyd edək ki, Arif Selçuk karyerası ərzində “Küçük Gelin”, “Seksenler”, “Adını Feriha Koydum”, “Kanıt”, “Fatmagülün Suçu Ne?”, “Sakarya Fırat”, “Böyle Bitmesin”, “Hanımın Çiftliği”, “Akasya Durağı”, “Asi”, “Kurtlar Vadisi Pusu”, “Arka Sokaklar” və “Teşkilat” kimi çox sayda yüksək reytinqli seriallarda rol alıb.