AZ

Narkotik ittihamı ilə həbs olunan şəxs məhkəmədə azadlığa buraxılıb

Bakıda külli miqdarda narkotik maddə əldə etməkdə ittiham olunan Elnur Məmmədovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, cinayət əməli sübuta yetirilmədiyi üçün Elnur Məmmədova bəraət verilib. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və ya satma satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində Xəzər Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Seçilən
36
50
azpolitika.info

10Mənbələr