AZ

Səhhətində problem yaranan azərbaycanlı hakimin son durumu açıqlandı

Xatırlayırsızsa, Misli premyer-liqasının 19-cu turunun yanvarın 19-da keçirilən “Kəpəz” – “Turan Tovuz” oyununun (5:2) hakimlər briqadasında dəyişiklik edildi. Köməkçi hakim Kamran Bayramovun səhhətində problem yarandığı üçün onu Şirməmməd Məmmədov əvəzlədi.

“Football-plus.az” ədalət təmsilçisinin son durumu haqda məlumat almaq məqsədilə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladı. Qurum rəsmisi saytımıza açıqlamasında hakimin belində ağrılar hiss etdiyini, təxminən bir həftə ərzində həkim nəzarəti altında müalicə alacağını dedi.

KƏNAN BAHADIR

Seçilən
7
football-plus.az

1Mənbələr