AZ

İran Xəttatlar dərnəyi türkləri təhqir edib

İran Xəttatlar Dərnəyi imtahan zamanı qərəzli sual verərək türkləri alçaldıb və təhqir edib.

İmtahan sualında iştirakçılara mətn təqdim edib və onlardan onu transkripsiya etmələri (gözəl əl yazısı ilə yazmağı) istənilib.

Həmin mətndə Səlcuq türklərinin yazıya və ədəbiyyata tamamilə yad olduqları, natiqlikdən və nəzakətdən məhrum qaldıqları yazılıb.

Əlavə olaraq mətndə türklər “köçəri xalqlar”, “muzdlular”, “çadırda yaşayanlar və yarı vəhşilər” kimi təqdim edilib və türklərin muzdlu kimi İslam dünyasına soxularaq İslam mədəniyyətinə özlərinin uydurduqları şeyləri əlavə etdiyini qeyd edilib.

Qeyd edək ki, bölgənin ən böyük xəttarlıq məktəbi türk şəhəri Təbrizdə yerləşib və buradan Mir Əli Təbrizi, Mir Əli Heravi, Mir Emad və Əlirza Abbasi və başqa önəmli xəttatlar çıxıb.

İranda son yüz ildə irqçilik və antitürkçülük institutlaşdırılıb və bu ölkədəki türklər tez-tez farslar tərəfindən alçaldılır və irqçi təhqirlərə məruz qalırlar. İranın dərsliklərində, mediasında, rəsmi mətbuatında türklər aşağılanır, onların tarixi və kimliyi təhrif edilir.

visiontv.az



Seçilən
4
visiontv.az

1Mənbələr