AZ

Azərbaycan sovet filmlərində niyə Çiliyə bənzəyirdi?

Cənubi Amerikanın cənub qərbində yerləşən və"Antraktidaya açılan darvaza" da adlandırılan Çili Respublikası barəsində sovet dövründə çəkilən filmlər Bakı və Sumqayıtda çəkilib. Bunun səbəbi filmlərin ssenaristləri və rejissorları hesab ediblər ki, Azərbaycanlılar Latın Amerikalılara bir çox cəhtdən oxşarlardır. İndi isə daha ətraflı.

Çilidə ordu komandanı Avqusto Pinoçet hakimiyyətə gəlmək üçün 1973-cü ilin sentyabr ayının 11-də azad seçkilər yolu ilə prezidentlik edən Salvador Alyendenin hakimiyyətinə son qoymuşdu. Sovet-Amerika soyuq müharibə dövründə bu hadisə iki qütbün arasında münasibətlərə də təsir etmiş idi. Sovetlər Çilidə sosializm uğrunda mübarizə aparan yerli vətəndaşları qorumaq üçün bütün siyasi vasitələrə əl atsa da nəticəsi olmadı.

Mübarizə eyni zamanda filmlər, musiqilərdə də aparılırdı. 3 min 197 nəfəri öldürülən, 29 min nəfəri isə işgəncəyə məruz qalan Çililərin yaşadıqları barədə filmlər çəkilirdi. Çəkiliş üçün isə yer Azərbaycan və onun iki şəhəri Bakı və Sumqayıt seçilmiş idi.

1) İlk film "Bu şirin söz - azadlıq!" –adlanır. Vytautas Žalakevičius tərəfindən çəkilmiş siyasi detektiv film real hadisələrə əsaslanır: 1967-ci ildə üç kommunist siyasi məhbusun - Gilermo Ponse, Pompeyo Markes və Teodoro Petkovun Venesueladakı San Karlos həbsxanasından qaçmasından bəhs edir.

2) İkinci film "Çili üzərində gecə" –adlanır. Kinorejissor Sebastyan Alarkon və sovet kinorejissoru Aleksandr Kosarevin 1977-ci ildə Mosfilm studiyasında (SSRİ) çəkilmiş filmidir. Bu tarixi dram hadisələrin mərkəzində olan gənc memar Manuelin gözü ilə 1973-cü ildə Çilidə baş vermiş hərbi çevriliş və ondan sonrakı repressiya hekayəsini real dəqiqliklə izah edir.

3) Üçüncü film isə “Yaquar” adlanır. 1966-cı ildə çəkilmiş Mario Varqas Llosanın "Şəhər və İtlər" romanı əsasında Sebastian Alarkonun rejissorluğu ilə çəkilmiş film. Süjet Çilidəki üç hərbi məktəb kursantının ətrafında cərəyan edir (Pinoçet dövründə baş verənlər): "Yaquar" ləqəbli Pablo, "Şair" ləqəbli Alberto Fernandez və "Şair" ləqəbli Rikardo Orana.

Bu filmlərə mütləq baxın, Bakı və Sumqayıtın əksər yerləri kadrlara düşüb. 

Zaur Əliyev, dosent

visiontv.az



Seçilən
11
visiontv.az

1Mənbələr