AZ

Bakıda kafeyə BASQIN: Dəmiri başına çırpıb qarət etdi

Bakıda kafeyə basqın olub. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, hadisə yanvarın 23-də Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində baş verib. 

Kafelərin birinə daxil olan naməlum şəxsin gözətçiyə dəmir parçası ilə xəsarət yetirərək onu quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Məhərrəmov müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır. 

Bizim.Media

Seçilən
75
6
bizim.media

10Mənbələr