AZ

Van Qal "Borussiya"nı çalışdırmaq istəyir? - Lui van Qal

Tanınmış mütəxəssis, hazırda xərçəng xəstəliyi ilə mübarizə aparan Lui van Qal cari mövsümün sonunadək Dortmund "Borussiya"sının baş məşqçisi olmaq istəyib-istəmədiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Sky Germany" onun sözlərini belə çatdırıb: 

"Yox, "Borussiya"nı çalışdırmaq fikrində deyiləm. Mən yalnız milli komandanın baş məşqçisi vəzifəsini nəzərdən keçirə bilərəm".

Xatırladaq ki, 72 yaşlı mütəxəssis daha öncə digər Almaniya klubu "Bayern Münhen"i çalışdırıb. O, 2008-2011-ci illər aralığında münhenlilərin "sükanı arxası"nda olub.

Yanvarın 22-də "Borussiya" rəhbərliyi "arılar"ın baş məşqçisi Nuri Şahini istefaya göndərib.

Nihat

Seçilən
5
fanat.az

1Mənbələr