AZ

Pəhriz diabet müalicəsinin 80 faizini təşkil edir


Həkim-endokrinoloq Aygün Əliyeva

Pəhriz diabet müalicənin 80 faizini təşkil edir. Qidalanmada az kalorili, lifli, rafinə olunmamış məhsulların istifadəsi məsləhətdir.
Müntəzəm şəkildə edilən fiziki aktivlik 30-40 dəqiqə sürətli gəzinti məsləhət görülür. Bu zaman 1 dəqiqədə 100-120 addım atmalı, zamanla 140-a çatdırılmalıdır. Ürək döyuntulǝri 100-ə çatmalı, tənəffus tezləşməlidir ki, metabolizma sürətlənsin.
Bu sözləri Səhiyyə Nazirliyi Elmi–Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-endokrinoloqu Aygün Əliyeva sehiyye.gov.az-a veriyi müsahibədə deyib.

Həkim-endokrinoloq Aygün Əliyeva bildirib ki, pəhriz şəkərli diabet xəstələrinin müalicəsində ən önəmli rollardan birini oynayır. Hətta ən müasir dərmanları qəbul edən, lakin pəhriz saxlamayan diabet xəstəsi heç zaman öz xəstəliyinə lazım olan səviyyədə nəzarət edə bilmir.
Şəkərli diabet xəstəliyi olan insana ac qalmaq olmaz, çünki bu, qanda şəkərin kəskin enməsinə səbəb olur. Bunun nəticəsində xəstə koma vəziyyətinə düşə bilər. Qidanı gündə 5-6 dəfə olmaqla kiçik porsiyalarla qəbul etmək lazımdır, deyə həkim vurğulayıb.

Seçilən
13
medicalmedia.az

1Mənbələr