Bakı. Trend:
Azərbaycan keçirilən COP29-da qəbul olunmuş qərarların həyatakeçirilməsi zamanı əsas tapşırıq maliyyə resurslarının səfərbərolunmasıdır.
Bunu Trend-əRumıniyanın Ətraf-mühit, sular və meşələr üzrə naziri Mirça Feçetözəl müsahibəsində bildirib.
“Söhbət 2035-ci ilə qədər 300 milyard dollarlıq hədəfə nailolmaq üçün tələb olunan mexanizmin işə salınması və həm dövlət, həmdə özəl sektordan ianələrin təmin olunmasından gedir. Çağırışlararasında – bəyan olunmuş 300 milyard dollar məbləğ və hesablamalaragörə 2035-ci ilə qədər hər il tələb olunan 1.3 trilyon dollarlıqməbləğ arasındakı böyük fərqi azaltmaq, həmçinin ölkələr arasındamaliyyə öhdəliklərinin ədaləlti şəkildə bölüşdürülməsi ilə bağlıortaya çıxan ixtilaflı məsələlərin həlli yer alır. Həmçinin 6-cıMaddəyə müvafiq olaraq karbon bazarlarının opertivləşdirilməsi, ocümlədən karbon kreditlərinin ticarəti üzrə idarəetməmexanizmlərinin yaradılması və şəffaflığın təmin edilməsi sondərəcə vacibdir”, -deyə o qeyd edib.
Nazir hesab edir ki, vacib olan digər tapşırıq inkişaf etməkdəolan ölkələrin potensialının gücləndirilməsidir.
"Bu, uyğunlaşma tədbirlərini yaxşılaşdırmaq, karbon bazarlarındaiştirak etmək və Genişləndirilmiş Şəffaflıq Sistemi (ETF)çərçivəsində hesabat tələblərinə əməl etmək üçün texniki və maliyyədəstəyinin təmin edilməsini nəzərdə tutur. Bu sahədə mövcud olançətinliklərdən biri resursların və biliklərin əlçatarlığındakıqeyri-bərabərlikdir ki, bu da ədalətli iştiraka mane ola bilər.Daxili prioritetlər və iqtisadi qeyri-sabitlik kimi siyasi vəiqtisadi maneələr də ciddi problemlər yaradır," – deyə Feçet qeydedib.
O vurğulayıb ki, bu maneələri aşmaq üçün qlobal əməkdaşlığa,milli maraqların beynəlxalq iqlim hədəfləri ilə əlaqələndirilməsinəvə dəyişən şərtlərə uyğunlaşa bilən dayanıqlı mexanizmlərinyaradılmasına ehtiyac var.
“Əlaqələndirilmiş səylər və şəffaflığa, ədalətə xüsusi diqqətinayrılması sayəsində, COP29-da elan olunmuş öhdəliklər qlobal iqlimhədəflərinə nail olmağımızda əhəmiyyətli tərəqqiyə yol aça bilər”,-deyə nazir vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda keçirilən COP29 konfransı aşağıdakıvacib qərarlarla yadda qalıb.
- hər il 300 milyard ABŞ dolları məbləğində maliyyənin səfərbərolunması üzrə yeni əsas hədəf seçilib (bu öncəki 100 milyarddollarlıq yuxarı həddi üç dəfə üstələyir)
- İtki və Zərər Fondu işə salınıb.
- Paris sazişinin 6-cı maddəsinə əsasən, etibarlı karbonbazarlarının yaradılması üzrə danışıqlar yekunlaşıb.
X: @Lyaman_Zeyn