AZ

Rus turistlər Şimali Koreyaya üz tutur: bir nəfərlik paket 2 min dollar

Yazını böyüt
Yazını kiçilt

Rusiya turoperatorları Şimali Koreyadakı Wonsan-Kalma kurortuna turpaketlər satmağa başlayıblar. Çimərlik turları iyul ayından başlayaraq uçuşlar daxil olmaqla səkkiz gün yeddi gecə paket şəklində təklif olunur.

Hafta.az-ın RİA-ya istinadən yazdığına görə, turpaketin qiyməti təxminən 200 min rubl (2 min dollar) təşkil edir. Bu qiymətə uçuşlar, bələdçi xidmətləri, Wonsan-Kalma kurortunda yerləşmə, gündə üç dəfə yemək, Pxenyan və Masikren xizək kurortuna turlar daxildir. Kurort “Şimali Koreyanın Benidormu” adlanır.

Bununla belə, Wonsan-Kalma-nın diqqət çəkən cəhəti onun ballistik silah sınaqlarının keçirildiyi raket bazasına yaxın yerləşməsidir. Kurort beş kilometrlik çimərlik boyunca uzanır. Otellər, restoranlar, mağazalar, spa kompleksləri, su parkı, kinoteatr, stadion və hava limanı var.

Seçilən
58
hafta.az

1Mənbələr