AZ

Millimizin üzvü ÇL-lə vidalaşdı

Azərbaycanlı voleybolçu Ayşən Abduləzimovanın formasını geyindiyi Macarıstanın "Vaşaş" klubu Çempionlar Liqasının qrup mərhələsində çıxışını başa vurub.

Fanat.Az xəbər verir ki, sözügedən komanda qrup mərhələsinin son oyununda Polşanın “Budovlani” komandasına 2:3 hesabı ilə uduzub.

Millimizin üzvü bu oyunda 10 xal toplayıb.

"Vaşaş" qrupda "Fənərbaxça" və "Budovlani"dən sonra üçüncü yeri tutub və yalnız Fransa "Nant"ını qabaqlayıb. Bununla belə, Macarıstan çempionu avrokuboklarda mübarizəni davam etdirəcək. Komanda CEV kubokunda yarışacaq.

Seçilən
3
36
fanat.az

10Mənbələr